...

May ayında Bakıda satılan ən baha torpaq sahəsinin qiyməti açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 17:46 (UTC +04:00)
May ayında Bakıda satılan ən baha torpaq sahəsinin qiyməti açıqlanıb

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ May ayında Bakıda ən baha torpaq sahəsi Nəsimi rayonunda sotu 340 min dollara, ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda sotu 230 dollara satılıb. Bu barədə "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyinin məlumatında göstərilib.

May ayında bir sotun orta qiyməti 975 dollar artaraq 20925 dollar təşkil edib.

Nəzərəçarpacaq dəyişikliklər Bakının 5 rayonunda - Nəsimi, Nərimanov, Yasamal, Sabunçu və Suraxanı rayonlarında müşahidə olunub. Digər rayonlarda isə nisbi sabitlik müşahidə olunub.

May ayında bazara çıxarılmış 273 hektar torpaq sahəsinin 51 faizini boş torpaq sahləri təşkil edib.

Xəbər lenti

Xəbər lenti