Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 2008-ci ilin sonuna qədər ölkənin ÜTT-yə qəbulu ilə bağlı bütün işlərin yekunlaşacağını istisna etmir.
"Əgər Azərbaycan belə templərlə işləməkdə davam etsə, mən istisna etmirəm ki, gələn ilin sonuna qədər biz ölkənin ÜTT-yə qəbulu ilə bağlı işləri yekunlaşdıra bilərik" - deyə cümə axşamı Azərbaycan İqtisadi İşlər Nazirliyinin ÜTT məsələləri ilə bağlı şöbəsinin rəhbəri Ədalət Muradov Azərbaycan və Rusiyanın birinci ticarət-iqtisadi beynəlxalq konfransında bildirib.
Hazırda 1997-ci ildən bəri ÜTT-də nəzarətçi statusuna malik olan Azərbaycan tam hüquqlu üzvlük barədə çoxtərəfli danışıqların beşinci mərhələsinin gözləmə prosesindədir.
Muradov danışıqların bitməsi ilə əlaqədar protokol imzalanması ilə bağlı Ərəb Əmirliyi ilə razılığın əldə olunmasının vacibliyini vurğulayıb.
Hazırda Azərbaycan Omanla, Gürcüstanla, Moldova və Türkiyə ilə ÜTT-yə qəbulla bağlı danışıqları tamamilə yekunlaşdırıb.