...

Gürcüstanın baş naziri bu gün ölkənin investisiya imkanlarını Monakoda təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2007 13:54 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müx. Trend N.Kirtsxalia/ Bu gün Monakoda Gürcüstanın investisiya imkanları təqdim olunacaq. Gürcüstan baş nazirinin aparatından verilən məlumata görə, bu Monakoda keçirilən 18-ci "Krans Montana" forum-sammiti çərçivəsində baş tutacaq.

Gürcüstanın baş naziri Zurab Noqaideli biznes-forum çərçivəsində iştirakçılara biznes- nahar verəcək və bu nahar zamanı Gürcüstanın investisiya imkanları təqdim olunacaq.

Qonaqlar Gürcüstan və onun imkanları ilə tanış olacaq, eyni zamanda Gürcüstan arağının təqdimatı keçiriləcək.

Noqaideli iyunun 28-dən Monakoda "Krans Montana" forum-sammitində iştirak edir.

O, bu tədbirə fəxri qonaq kimi dəvət olunub. İyunun 29-da baş nazir biznes-forumun plenar iclasında "Avropa Birliyini necə idarə etmək" mövzusunda çıxış edib.

Xəbər lenti

Xəbər lenti