...

Standartlaşdırma üzrə Dövlət Agentliyi Azərbaycandan fındıq ixracına qadağanı götürməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 17:06 (UTC +04:00)
Standartlaşdırma üzrə Dövlət Agentliyi Azərbaycandan fındıq ixracına qadağanı götürməyə hazırdır

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyi payızda Azərbaycandan fındıq ixracına qadağanın götürülməsini planlaşdırılır. Bu barədə Dövlət Agentliyinin rəhbəri Ramiz Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu fındıqda aftolaksini yoxlayan laboratoriyalar fəaliyyətə başladıqdan sonra mümkün olacaq.

"Hazırda aftolaksinin olmasını yoxlamaq üçün avadanlıqlar alınıb. Amma bu tədbirlər payızda fındıq yetişən zaman görüləcək. Hazırda şirkətlər onlara emal üçün fındıq təhvil verəcək fermer təsərrüfatlarını maliyyələşdirir", - deyə Həsənov bildirib. Hazırlıq işləri ilə əlaqədar olaraq Azərbaycandan fındıq ixracı dayandırılıb.

Azərbaycandan Avropa ölkələrinə (İspaniya və s.) meşə giləmeyvəsinin ixracına Dövlət Agentliyi tərəfindən qadağa qoyulub. Qadağanın səbəbi isə həmin məhsulun tərkibində aftolaksin aşkar olunması və bu səbəbdən də artıq göndərilmiş məhsulun geri qaytarılması ilə əlaqədar olub. Araşdırma nəticəsində fındığın tərkibində zərərli maddələr aşkar olunub. Bu məhsulun saxlanılma və çatdırılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti