Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan İpoteka Fondu (AİF) ipoteka kreditlərinin maliyyələşdirilməsini bərpa edib. Bu barədə bazar ertəsi AİF-dən məlumat verilib.
Məlumata görə, Fond artıq 3 mln. manat məbləğində ipoteka kreditləşməsini maliyyələşdirib.
İyun ayında AİF vəsait çatışmazlığı səbəbindən ipoteka kreditləşməsinin dayandırılması barədə rəsmi şəkildə elan etmişdi. 2007-ci ilin büdcəsindən Fond üçün 20 mln. manat vəsait ayrılıb ki, bunun da 10 mln. manatı iki tranşla Fondun hesabına köçürülüb.
AİF 23 müvəkkil bank vasitəsilə ayrılmış ipoteka kreditlərini maliyyələşdirir.