...

Müşahidə Şurasının rəhbəri: Azərbaycanda aktuar işinə böyük tələbat var (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2007 18:46 (UTC +04:00)
Müşahidə Şurasının rəhbəri: Azərbaycanda aktuar işinə böyük tələbat var (video)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / Azərbaycanın sığorta bazarının aktiv inkişafı bu il sığortaçılar və aktuarlar assosiasiyasının yaradılmasına səbəb olub. Hazırda ölkədə yerli və qismən beynəlxalq aktuarları cəlb edən 29 sığorta şirkəti fəaliyyət göstərir. Aktuarlar Assosiasiyasının yaradılması Azərbaycanda sığorta xidmətləri qiymətlərinin effektiv şəkildə nizamlanmasına təsir göstərəcək.

Trend ın Azərbaycan Aktuarlar Assosiasiyası Müşahidə Şurasının sədri Bilal Bilalovla müsahibəsi:

- Azərbaycanda aktuar işinin səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda aktuar işinə böyük tələbat var. Bu sahənin yeni və ölkədə bu işi bilən professionalların az olduğunu nəzərə alaraq bu sahədə müəyyən təcrübəyə malik olan Aktuarlar Assosiasiyası bir araya gəlməyi və və bu sahənin inkişaf səviyyəsini artırmağı qət edib. Bu assosiasiyanın təsisçilərdən ibarət cəmi beş üzvü var, lakin gələcəkdə bizim nizamnaməyə uyğun olaraq Azərbacanın sığorta bazarının bu istiqamətinin inkişafı sahəsində birgə işləmək niyyətində olan istənilən kəs bizə qoşula bilər.

- Bu gün Azərbaycanın sığorta şirkətlərində aktuar işi nə vəziyyətdərir?

- Sirr deyil ki, hazırda ölkəldə bazar qiymətləri əsasında işləyən belə sığorta şirkətləri mövcuddur, həmçinin tarifləri hesablayan aktuarlara malik olan şirkətlər də var. Bu halda qeyd etmək lazımdır ki, iki aktuarın tarifləri bir- birindən fərqlənə bilər. Əsası odur ki, mütəxəssis hesablamalar zamanı nəyə əsaslandığını düzgün izah edə bilsin.

- Gələcək perspektivlər üçün Assosiasiyanın hansı planları var?

- Bizim planlarımıza Azərbaycan dilində aktuar işi ilə bağlı kitabın çapı, beynəlxalq konfrans, seminar, treyninqlərin keçirilməsi daxildir. Hazırda biz inkişafın başlanğıc mərhələsindəyik və bu işin maliyyə tərəflərini müəyyənləşdirməmişik. Güman ki, biz qrantların əldə edilməsi məqsədilə təşkilatları cəlb edəcəyik. Sığorta şirkətlərinin dəstəyi də istisna olunmur. Təəssüf ki, bu gün Azərbaycanda aktuarlar üçün xüsusi təhsil yoxdur, lakin assosiasiya belə bir təkliflə çıxış etməyi planlaşdırır. Azərbaycanda mütəxəssis aktuarların mövcud olması şirkətlərə beynəlxalq aktuarlarda hazırlıqdan dəfələrlə ucuz başa gələcək.

- Sizin strukturunuz sığorta şirkətləri üçün hansı xarakteri daşıyacaq?

- Hesab edirəm ki, ilk əvvəl bizim assosiasiya tövsiyə xarakteri daşıyacaq. Çünki özümüzü tanıtmağımız üçün vaxt tələb olunur. Sığorta bazarının bütün iştirakçıları ilə yaxından tanış olandan sonra istisna edilmir ki, biz sığorta şirkətlərindən sığorta bazarının nizamlayıcısına qədər hər bir kəslə əməkdaşlıq edəcəyik. Bəlkə onda bu, icbari xarakter daşısın.

Xəbər lenti

Xəbər lenti