...

Nazir: Bakı-Tiflis-Qars dəmir yolunun istismara başlanması 2009-cu ilə planlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 16:35 (UTC +04:00)
Nazir: Bakı-Tiflis-Qars dəmir yolunun istismara başlanması 2009-cu ilə planlaşdırılıb

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ İlin sonuna qədər Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi üçün Azərbaycan Gürcüstana 220 mln. dollar məbləğində ümumi kreditin təqribən 50 mln. dollarını təqdim edəcək. Bunu çərşənbə günün Azərbaycanın nəqliyyat naziri bildirib.

Bu layihə çərçivəsində Gürcüstanda dəmir yolu tikintisinin ümumi dəyəri 90 mln. dollar təşkil edəcək. Tikinti sahəsinin uzunluğu 29 km təşkil edir.

Nazirin sözlərinə görə, dəmiryol xətti tikintisi başa çatdıqdan sonra ilk iki ildə marşrut üzrə yük nəqlinin həcmi təqribən 10 mln. ton təşkil edəcək.

"Gələcəkdə isə yük nəqlinin həcmi artırılacaq", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi 2009-cu ilə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti