Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Yay başlayandan bəri sakinlərdən havanın yüksək hərarəti ilə əlaqədər səhhətlərinin pisləşməsindən şikayətlər daxil olmayıb. Bunu cümə axşamı Bakının təcili yardım stansiyası başçısının müavini Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə müraciətlər artsa da,onlar isti havalarla əlaqəli deyil.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlar bürosunun məlumatına əsasən, cümə axşamı və sonrakı günlərdə havanın temperaturunun yüksək olacağı gözlənilir.
Bu günlərdə Bakı və Abşeron yarımadasında gündüz vaxtlarında havanın hərarəti 38 dərəcə, aran bölgələrində isə 39 dərəcə olacaq.