Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan Maliyyə Nazirliyi ölkəyə gələn xarici vətəndaşlar üçün viza blanklarının hazırlanmasına dair tender elan edib. Blankların sayı 500 min olmalıdır.
Tenderin şərtlərinə əsasən, viza blankları özündə müdafiə elementlərini əsk etdirməli, habelə dünya standartlarına cavab verən kağızdan hazırlanmalıdır.
Tenderdə iştirakın qiyməti 1000 manatdır.
Tenderdə iştirak etmək istəyənlər sənədlərini sentyabrın 11-nə kimi təqdim etməlidir. Tender sentyabrın 12-də Maliyyə Nazirliyinin binasında keçiriləcək.