...

Ukrayna baş nazirinin müavini: "Ukrayna Azərbaycan və Moldova kimi taxıl idxalına olan ƏDV-i ləğv etmək niyyətindədir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 19:29 (UTC +04:00)
Ukrayna baş nazirinin müavini: "Ukrayna Azərbaycan və Moldova kimi taxıl idxalına olan ƏDV-i ləğv etmək niyyətindədir"

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitskiy/ Ukraynanın aqrar-sənaye kompleksi məsələləri üzrə baş nazirinin müavini Viktor Slauta Ukraynanın "Delo" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Ukrayna taxılın qiymətinin ucuzlaşdırılması məqsədilə Azərbaycan və Moldova kimi taxıl idxalına olan ƏDV-i ləğv etmək niyyətindədir.

Onun sözlərinə görə, Ukrayna hökuməti prezidentə taxıla olan əlavə dəyər vergisinin ləğv edilməsi ilə bağlı müracitə edib.

"Aqrar Siyasət Nazirliyi prezidentin katibliyi ilə birlikdə bu sənədin layihəsini hazırlayır" - deyə Slauta bildirib.

O qeyd edib ki, hazırda Ukraynaya Belarusiya və Qazaxıstandan taxıl idxalı ilə bağlı danışıqlar aparılır.

Slauta həmçinin qeyd edib ki, cari marketinq ilində 5 mln. tona yaxın taxıl icrac edilə bilər:

"Biz artıq taxılın balansını hesablamışıq. Heyvandarlıq da daxil olmaqla bütün tələbatı ödəsək, Ukraynadan haradasa 5 mln. ton taxıl ixrac oluna bilər. Hökumət istərdi ki, treyderlər bizim bazarda çalışsınlar. Hazırda daxili və xarici taxılın qiymətləri bərabərləşib". O qeyd edib ki, arpa məhsulu məhv olduğundan qarğıdalı ixrac olunacaq.

Xəbər lenti

Xəbər lenti