...

Salyanda müasir standartlara cavab verən süd emalı zavodu istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Salyan/ Trend müxbir E.Məmmədov/ Salyanda sutkalıq emal gücü 30 ton olan müasir tipli süd zavodu istifadəyə verilib. Zavodun direktoru Bəhmən Hüseynovun sözlərinə görə, Avropadan gətirilmiş istehsal avadanlıqları ilə təsis olunmuş müəssisədə 3 sex - pendir, qatıq, xama sexi fəaliyyət göstərir. Bundan başqa Salyan və Neftçala rayonunun 4 kəndində xüsusi soyuducularla təchiz olunmuş süd qəbulu məntəqələri yaradılıb. Məntəqələrdə qəbul edilən süd zavoda pasterilizə ediləndən sonra, müxtəlif məmulatlar hazırlanır.

Hazırda zavodda 24 nəfər işçi çalışır. Yaxın vaxtlarda müəssisə tam gücü ilə işə düşdükdən sonra əlavə 10-15 nəfərdə işçi götürüləcək. İstehsal olunan məhsullar isə Bakıda və ölkənin ticarət şəbəkələrində satılır.

Xəbər lenti

Xəbər lenti