...

Ticarət nümayəndəsi: Azərbaycan və Rusiya arasında hüquqi bazanın olmaması iri iqtisadi layihələrin zəif inkişafına səbəb olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2007 16:26 (UTC +04:00)
Ticarət nümayəndəsi: Azərbaycan və Rusiya arasında hüquqi bazanın olmaması iri iqtisadi layihələrin zəif inkişafına səbəb olur

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İnvestisiya sahəsində Azərbaycan və Rusiya arasınada hüquqi bazanın olmaması böyük investisiya tələb edən iri laxyihələrin zəif inkişafına səbəb olur. Bunu cümə günü RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

"Qarşılıqlı investisiyaların təşviqi və qorunması haqqında razılaşma qəbul olunana qədər Rusiyadan böyük invenstisiyaların gəlməsinə zəmanət vermək çətin olacaq, - deyə hesab edən Şedrin bildirib ki - Ciddi hüquqi təminatlarsız bu mümkün deyil".

Iki ölkə hökuməti bu sahədə yalnız müddət məsələsi üzrə hökumətlərarası saziş layihəsində kompromisə gələ bilmirlər. Azərbaycan təklif edir ki, bu müddət Azərbaycan və Rusiyanın bütün əməkdaşlıq dövrünə aid edilsin, Rusiya tərəfi isə bu müddətin 1992-ci ildən hesablanmasında israrlıdır.

Hələlik hökumətlər razılığa gələnə qədər iri maliyyə qoyuluşları üzrə danışıqlar da ləngiyir. Bunlardan biri kimi 1 mlrd. dollar dəyərində qiymətləndirilən Azərbaycanda alüminium zavodunun tikilməsidir.

İlin əvvəlindən Azərbaycan iqtisadiyyatına təqribən 900 min dollar rusiya investisiyası qoyulub. Nəzərə alınsa ki, əks istiqamətdə də investisya qoyuluşları demək olar elə həmin miqdardadır, ticarət nümayəndəsi investisiya münasibətlərini sıfır səviyyəsində qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti