...

Azərbaycanda 2011-ci ilə qədər ÜDM-lə bağlı proqnoz hazırlanıb (Video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 2011-ci ilə qədər ÜDM-də dəyişikliklərlə bağlı proqnoz hazırlayıb. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Babayevin sözlərinə görə, hazırda ölkədə ÜDM-lə bağlı proqnoz təxminən 30 faiz təşkil edir.

"Proqnozlara müvafiq olaraq ÜDM-in dinamikası azalacaq və bu normal haldır. Artım keçən ilə nisbətdə 35-40 faiz təşkil edə bilməz" - deyə nazir bildirib.

Babayev qeyd edib ki, hələlik artım dinamikası keçən yeddi ayda olduğu kimi qalıb.

ÜDM-in artımı təxminən 34 faiz təşkil edib.

2008-ci ilin infilyasiya proqnozları barədə danışan nazir bildirib ki, infilyasiya proqnozlarına təsir edə biləcək amil dövlət büdcəsinin xərclər hissəsidir.

"2008-ci ilə olan infilyasiya proqnozları bütün üç variantda fərqlidir" - deyə nazir vurğulayıb.

Babayevin sözlərinə görə, onun müəyyən olunması üçün büdcənin xərclər hissəsinin artımını dəqiqləşdirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti