Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirtsxalia/ Oktyabrın 10-11-də Vilnüsdə enerji məsələlərinə həsr olunmuş sammit keçiriləcək. Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sammitdə Baltik və Qara dəniz regionu ölkələrinin hökumət başçıları və nazirləri, həmçinin NATO və Avropa Birliyinin nümayəndələri iştirak edəcəklər.
Sammit zamanı Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Burada həmçinin Xəzər və Orta Asiyadan neft və qazın Avropaya tranziti perspektivlərinə baxılacaq.
Baltik ölkələri Rusiya qazına alternativ olaraq Xəzər regionundan yanacağın alınmasında maraqlıdırlar.