Azərbaycan, Bakı/ Trend / Azərkimya Dövlət Şirkəti xammal alınması üçün tender elan edib. Dövlət Şirkətinin tender komissiyası bildirir ki, tender predmeti kaustik soda və xlor istehsalı üçün lazım olan 250 ədəd titan anoddur.
Tenderdə iştirak etmək istəyən şirkətlər oktyabrın 15-nə qədər öz təkliflərini zavoda təqdim etməlidirlər. Tenderdə iştirak haqqı 200 manatdır.
Namizədlərin təkliflərinin açılışı oktyabrın 16-da zavodda olacaq. Qalib şirkət 2007-2008-ci illər ərzində şirkəti xammalla təchiz etməlidir.