İki ölkə arasında gələcək əməkdaşlıq və dövlətlərarası münasibətlərin genişləndirilməsi Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun Aşxabadda olan Böyük Britaniya energetika naziri Malkolm Vikslə görüşündə müzakirə mövzusu olub.
Turkmenistan.ru xəbər verir ki, görüşdə əsas fikir yanacaq-energetika sahəsində, kommunikasiya, yeni yataqların kəşfiyyatı və istismarı, həmçinin türkmən gnerji daşıyıcılarının dünya bazarlarına nəqli olub.
Türkmən lideri ilə görüş qabağı britaniya nümayəndə heyəti neft qaz senayesi və mineral ehtiyyatlar, energetika və sənaye nazirliklərində və "Türkmənqaz" Dövlət konsernində görüşlər keçirib.