...

Nazir: "Azərbaycan "Sarmatiya" boru kəməri müəssisəsində iştirak payı ala bilər" (video)

Energetika Materials 2 Oktyabr 2007 20:39 (UTC +04:00)
Nazir: "Azərbaycan "Sarmatiya" boru kəməri müəssisəsində iştirak payı ala bilər" (video)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Oktyabrın 10-11-də Litvada keçiriləcək energetika sammitində Azərbaycan, Gürcüstan və Litva Dövlət Neft Şirkətlərinin "Sarmatiya" beynəlxalq boru kəməri müəssisəsi" MMC-də iştirak payı alması məsələsinin müzakirəsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Sammitin gedişində "Sarmatiya"nın tərkibinə Litvanın AB Klaipedos Nafta, Gürcüstanın Neft -Qaz Korporasiyası və Azərbaycan Dövlət Neft Şirkətinin qoşulması gözlənilir. 490 km uzunluğunda Brodı-Plotsk neft kəmərinin çəkilməsi layihəsi üçün 2004-cü ilin iyul ayında "Ukrtransnafta" və Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A. (Polşa) "Sarmatiya" BM-i yaradıblar. Şirkətin əsas fəaliyyət istiqaməti layihə -smeta sənədlərinin hazırlanması, investisiyaların cəlb olunması, tikinti işlərinin təmin olunmasıdır. "Sarmatiya" neftin Xəzər regionundan Polşaya nəqlinin effektivliyini müəyyən etməlidir və TİƏ hazırlamalıdır.

"Biz Azərbaycanın bu şirkətə daxil olması ilə bağlı müsbət rəy vermişik. Əgər layihə effektiv olarsa, ARDNŞ burada iştirak edəcək",-deyə nazir bildirib.

Odessa- Brodı-Plotsk kəməri ilə Azərbaycan və Qazaxıstan nefti Ukrayna və Polşa NEZ-lərinə nəql olunacaq.

Odessa - Brodı magistral boru kəməri 2001-ci ildə çəkilib. Bir neçə illər boyu kəmər istifadəsiz qalıb. 2004-cü ilin iyun ayında Ukrayna, Rusiya neftinin nəqli üçün kəmərdən istifadə etmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti