...

LUKOYL Azərbaycanda perspektiv dəniz strukturunda kəşfiyyat qazma işlərinə hazırlaşır

Energetika Materials 6 Oktyabr 2007 14:34 (UTC +04:00)
LUKOYL Azərbaycanda perspektiv dəniz strukturunda kəşfiyyat qazma işlərinə hazırlaşır

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Rusiyanın LUKOYL şirkəti Azərbaycanın "Yalama" perspektiv strukturunda ikinci kəşfiyyat quyusunun qazılması məqsədilə Danimarkanın "Maersk" şirkətinə məxsus Heydər Əliyev adına qurğunun azad olunacağını gözləyir. Bu barədə şənbə günü "Overseas Operating Company"nin rəhbəri Gennadiy Şokurov bildirib.

İkinci kəşfiyyat quyusunun dərinliyi 2650 metr təşkil edəcək, növbəti quyu birinci kəşfiyyat quyusundan 22 km aralı qazılacaq.

2007-ci il noyabrın ortalarında ikinci quyunun qazılacağı nəzərdə tutulan sahədə 656- 720 metr dərinliyində mühəndis-geoloji işlər aparılacaq. Quyunun ətrafında 2,5x2,5 km sahədə və analoji olaraq 6x6 km sahədə rəqəmli tədiqat aparılacaq. Qiymətləndirmə işləri 15 gün davam edəcək.

LUKOYL şirkəti 2005-ci ildə "Yalama"da layihə dərinliyi 4500 metr olan 4400 metr dərinliyində ilk quyu qazıb. Qazma işləri zamanı şirkəti üçün kommersiya baxımından maraq doğurmayan az həcmdə karbohidrat ehtiyatları aşkarlanıb.

D-222 bloku Xəzərin şimal-şərq hissəsində yerləşən ən iri perspektiv dəniz strukturu olan "Yalama"nın bir hissəsidir. Bu struktur Xəzərin Azərbaycan və Rusiya sektorlarının bərabər hissələrində sahildən 30 km məsafədə yerləşir. "Yalama" perspektiv strukturunun dəniz hissələrində suyun dərinliyi 80-700 metrdir.

Xəbər lenti

Xəbər lenti