Azərbaycan, Bakı / Trend / 2007-ci ilin yanvar-sentyabr aylarınada Azərbaycanın neftayırma zavodlarında emal olunmuş neftin ümumi həcmi 5624,73 min ton təşkil edib. Bu göstərici ötən ilin müavafiq dövrü ilə müqayisədə 23,42 min ton azalıb. Bu barədə ARDNŞ-dən məlumat verilib.
Emal olunmuş neftin 3569,82 min tonu "Heydər Əliyev" adına Bakı NEZ-in və 2054,91 min tonu isə "Azneftyağ" NEZ-in payına düşüb. Ötən illə müqayisədə "Heydər Əliyev" adına Bakı NEZ-də neft emalının həcmi 473,87 min ton artıb, "Azneftyağ" NEZ-də isə, 497,29 min ton azalıb.
2007-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft və neft məhsulları emalı:
Sentyabr 2007-ci il | Yanvar-sentyabr 2007 - ci il | Yanvar- sentyabr 2006-cı il | Dəyişiklik tempi | ||
Fakt | Fakt | % | "+,-" | ||
Neft emalı - cəmisi | 571,49 | 5624,73 | 5648,15 | 99,6 | -23,42 |
"Heydər Əliyev adına" Bakı NEZ | 396,74 | 3569,82 | 3095,95 | 115,3 | 473,87 |
"Azneftyağ" NEZ | 174,75 | 2054,91 | 2552,20 | 80,5 | -497,29 |
Benzin - cəmi | 124,95 | 1006,35 | 968,79 | 103,9 | 37,56 |
- avtomobil benzini | 106,80 | 851,75 | 733,32 | 116,1 | 118,43 |
- nafta | 18,15 | 154,60 | 235,47 | 65,7 | -80,87 |
Həmçinin kimya üçün | 18,15 | 154,59 | 205,51 | 75,2 | -50,92 |
Ağ neft KO-20 - cəmi | 2,75 | 18,60 | 23,89 | 77,9 | -5,29 |
"Heydər Əliyev adına" Bakı NEZ | 2,79 | 15,64 | 0,00 | 0,0 | 15,64 |
"Azneftyağ" NEZ | -0,04 | 2,96 | 23,89 | 12,4 | -20,93 |
Dizel yanacağı-cəmi | 155,16 | 1562,82 | 1623,57 | 96,3 | -60,75 |
"Heydər Əliyev adına" Bakı NEZ | 155,16 | 1119,62 | 854,70 | 131,0 | 264,92 |
"Azneftyağ" NEZ | 0,00 | 443,20 | 768,87 | 57,6 | -325,67 |
Soba mazutu-cəmi | 130,55 | 1706,08 | 1785,99 | 95,5 | -79,91 |
"Heydər Əliyev adına" Bakı NEZ | 113,06 | 1159,09 | 1208,30 | 95,9 | -49,21 |
"Azneftyağ" NEZ | 17,49 | 546,99 | 577,69 | 94,7 | -30,70 |
Sürtgü yağı | 6,33 | 40,75 | 54,87 | 74,3 | -14,12 |
Motor yanacağı DT- cəmi | 8,44 | 41,77 | 54,56 | 76,6 | -12,79 |