...

" Sarmatiya " şirkətinin rəhbəri Azərbaycan və Qazaxıstanın Avropaya enerji nəqlininin diversifikasiyasında iştirakını əsas şərt hesab edir

Energetika Materials 18 Oktyabr 2007 13:47 (UTC +04:00)
" Sarmatiya "  şirkətinin   rəhbəri   Azərbaycan   və   Qazaxıstanın   Avropaya   enerji   nəqlininin   diversifikasiyasında   iştirakını   əsas   şərt   hesab   edir

Polşa , Varşava / Trend müxbir S.Ağayeva / Xəzər dənizi regionunun neft istehsalçıları olan Azərbaycan və Qazaxıstanın Avropaya enerji nəqlinin diversifikasiyasında iştirak əsas şərtdir . Bu barədə cümə axşamı jurnalistlərə " Sarmatiya " şirkətinin prezidenti , Polşanın " Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn " S.A. (PERN) şirkətinin sədr müavini Martin Yastrjembski məlumat verib .

" Aərbaycan neftin nəqlinin yeni istiqamətlərinin axtarışında olan ölkə kimi Avropaya enerji nəqlinin diversifikasiyasında etibarlı tərəfdaşdır " - deyə o qeyd edib .

Onun sözlərinə görə , ARDNŞ enerji sahəsində Polşa ilə əminliklə əməkdaşlıq edə bilər və " Avroasiya " dəhlizi (" Odessa-Brodı-Plotsk ) belə əməkdaşlığın başlanğıcıdır . " Avroasiya " dəhlizi layihəsinin TİƏ-si " Sarmatiya " və ARDNŞ tərəfindən hazırlanır .

" Biz ümid edirik ki , (" Brodı-Plotsk ") kəmərinin tikintisinə tezliklə başlayacağıq " - deyə o bildirib . Hər il bu kəmərlə 15 mln. tona qədər neft nəql oluna bilər .

" Bizim rusiyalı həmkarlarımız öz inhisarlarını qoruyub saxlamaq istərdilər , lakin biz enerjinin diversifikasiyasının yeni yollarını tapmaq məcburiyyətindəyik . Mən Qazaxıstanın da bu layihəyə qatılacağını gözləyirəm " - deyə Yastrjembski bildirib .

" Brodı-Plotsk " neft kəmərinin bir hissəsinin tikintisi məqsədilə " Ukrtransnafta " və PERN şirkətləri 2004-ci ilin iyul ayında " Sarmatiya " BM-i yaradıb . Şirkətin fəaliyyətinin əsas istiqamətləri layihə-smeta səndələririnin hazırlanması, investisiyaların cəlb edilməsi, tikinti işlərinin təmin edilməsidir. Oktyabr ayında "Sarmatiya"nın tərkibinə "AB Klaipedos Nafta" (Litva), "Georgian Oil and Gas Corporation Ltd." (GOGC, Gürcüstan) və "State Oil Company of Azerbaijan Republic" (SOCAR, Azərbaycan) şşirkətləri daxil olub.

" Odessa-Brodı " magistral neft kəməri 2001-ci ildə inşa edilib . Bir neçə ilk kəmər istismar olunmayıb . Ukrayna kəmərin Rusiya neftinin revers rejimində nəqli məqsədilə istifadəsinə icazə verib .

Xəbər lenti

Xəbər lenti