...

Ekspert: "KazMunayQaz"ın "Kaşaqan" layihəsində payının artması layihəyə siyasi maneələr yarada bilər"

Energetika Materials 25 Oktyabr 2007 14:35 (UTC +04:00)
Ekspert: "KazMunayQaz"ın "Kaşaqan" layihəsində payının artması layihəyə siyasi maneələr yarada bilər"

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ "Alfa Bank"ın neft qaz sahəsi üzrə analitiki Konstantin Batunin hesab edir ki, Qazaxıstanın "KazMunayQaz" dövlət müəssisəsinin "Kaşaqan" yatağının işlənməsi layihəsində iştirak payının artması layihəyə siyasi maneələr yarada bilər.

"KazMunayQaz"ın iştirak payının artması "Kaşaqan" yatağından neft hasilatının sürətlənməsinə birbaşa olaraq təsir göstərməyəcək. Əksinə isə bu bu layihənin həyata keçirilməsi yolunda siyasi və digər maneələr yaradacaq" - deyə analitik bildirib.

"Kaşaqan" yatağının işlənməsi layihəsi üzrə səlahiyyətli orqan və orqanın iştirakçıları tərəfindən oktyabr ayında məhsulun bölünməsinə dair razılıq çərçivəsində aparılan danışıqların yekunu olaraq qarşılıqlı anlaşma memorandumu imzalanıb. İştirakçılar "KazMunayQaz"ın layihədə iştirak payını artırılması məsələlərini müzakirə ediblər. Bəzi mənbələr qeyd edir ki, iştirak payı 17%-ə qədər artırıla bilər.

Batunin hesab edir ki, Qazaxıstan layihənin reallaşmasını sürətləndirmək məqsədilə hər-hansı bir tədbirlər görməyəcək.

"Kaşaqan" yatağından ilk neft hasilatı 2010-cu üçün planlaşdırılıb. Neftin bir hissəsi "Bakı-Tbilisi-Ceyhan" kəməri vasitəsilə ixrac olunacaq.

"Çətinliklərin olmasına baxmayaraq layihə texniki cəhətdən inkişaf edir. Qazaxıstan istədiyini əldə edib və yataqdan neft hasilatının sürətləndirilməsi ilə bağlı fəal tədbirlərin görüləcəyi gözlənilmir" - deyə analitik qeyd edib.

Agip KCO konsorsiumunun iştirakçılarına İtaliyanın ENİ, Fransanın Total, "ExxonMobil", "Royal Dutch/Shell", "ConocoPhillips", "Inpex", KazMunayQaz" şirkətləri daxildir. Əvvəllər Qazaxıstan "KazMunayQaz"ın həm-əməliyyatçısı olmaq niyyətini bəyan edib.

"Kaşaqan"ın ümumi geoloji ehtiyatları 38 mlrd. barel həcmində qiymətləndirilir. Yatağın işlənməsinin başlanğıc tarixi 2008-ci ilin birinci yarısından 2010-cu ilin ikinci yarısına keçirilib.

Xəbər lenti

Xəbər lenti