...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 30 Oktyabr 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir V.Şərifov/ CIF Augusta növünün oktyabrın 29-da qiyməti 1 barel üçün 90,59 dollara bərabər olub. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) çərşənbə günü verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətdə $1,38/barr. artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, FOB Ceyhan neftinin qiyməti oktyabrın 29-da $89,29/barr. təşkil edib, bu isə əvvəlki qiymətdən $1,43/barr. çoxdur.

Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır.

Oktyabrın 29-da URAL (EX-NOVO) neftinin qiyməti $85,10/barr təşkil edib. Bu öncəki qiymətdən $1,46/barr. artıqdır.

Analoji vəziyyət Şimal danizindən hasil edilən Brent Dated növlü neftin qiymətində də yaranıb.

Brent Dated neftinin oktyabrın 29-da qiyməti $90/barr.təşkil edib. Bu əvvəlki qiymətdən $2,16/barr. çoxdur.

Xəbər lenti

Xəbər lenti