...

BP və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın qərb rayonlarına çıxış üzrə Proqram reallaşdırırlar

Energetika Materials 30 Noyabr 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / BP və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın qərb rayonlarına çıxış üzrə Proqram reallaşdırırlar. Bu bərədə şirkətin məlumatında bildirilib. BP öz partnyorlarının adından Regional İnkişaf Təşəbbüsü çərçivəsində, Dünya Bankının üzvü Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə Azərbaycanın qərb rayonlarındakı mikro və kiçik müəssisələrin maliyyələşdirilməsinə çıxışı asanlaşdırmaq məqsədilə, 21 mln. dollar qrant ayrılması haqqında saziş imzalayıb. Bu yeni layihə Azərbaycanın Mikro Maliyyələşdirmə Bankına (MFBA) Mingəçevir və Qazax şəhərlərinin hər birində bir yeni filialını açmaq, həmçinin, Gəncə filialının xidmətlər şəbəkəsini genişləndirmək imkanı verəcək. İCF və Azərbaycanın Mikro Maliyyələşdirmə Bankı bu layihəni dəstəkləmək məqsədilə, öz vəsaitləri hesabına 2.3 mln. dollar ayırırlar. Bu təşəbbüs BP və partnyorlarının İCF ilə birgə maliyyələşdirdiyi, Azərbaycanın Mikro Maliyyələşdirmə Bankı tərəfindən həyata keçirilən Tədarükçülərin Maliyyələşdirilməsi Təşkilatı layihəsinin uğurla reallaşdırılmasının ardınca irəli sürülüb. Yeni layihənin məqsədi kiçik biznes müəssisələri, kənd təsərrüfatı və ticarət sahəsində çalışan sahibkarlar üçün kreditlərə çıxışın asanlaşdırılması, maliyyələşdirmə ilə məşğul olan şirkətlərin işinin yaxşılaşdırılmasıdır. BP - nin və partnyorlarının əmanətindən kredit sahəsində beynəlxalq maliyyə ekspertlərinin xidmət haqqlarının ödənilməsində, kreditlərlə işləyən əməkdaşların və maliyyə idarələrinin menecerlərinin kvalifikasiyasının yüksəldilməsində istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti