...

Ukrayna Rusiya qazı üçün tranzit tariflərini artıra bilər –Antanta Kapital – ın analitiki

Energetika Materials 3 Dekabr 2007 16:37 (UTC +04:00)
Ukrayna Rusiya qazı üçün tranzit tariflərini artıra bilər –Antanta Kapital – ın analitiki

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Antanta Kapital investisiya şirkətinin neft - qaz sahəsi üzrə analitiki Timur Xayrulin hesab edir ki, Ukrayna ixrac Rusiya qazı üçün tranzit tariflərini artıra bilər. " Ukrayna "Qazprom" ( Rusiya qaz monopolisti) üçün qazın nəqlinə görə tariflərin artırılmasına gedə bilər, lakin tariflərin bu şəkildə artırılmasını əsaslandırmaq vacib olacaq" - analitik bildirib. Rusiyaya satdığı qazın qiymətini artıran Türkmənistanın ardınca, Özbəkistan da "Qazprom" - un ondan aldığı qazın qiymətini qaldırmaq niyyətindədir. Qiymətlərin artırılması nəticəsində, əsas etibarilə, Rusiyadan aldığı qazın çox hissəsinin türkmən qazı təşkil edən Ukrayna əziyyət çəkəcək. Ukraynanın aldığı qazın tərkibinə özbək yanacağı da daxildir. "Qazprom" 2008 - ci ildən Türkmənistandan qazı min kubmetrini 130 dollara almağa razılaşıb. 2008 - ci ilin ikinci yarısından Rusiya qazı 150 dollara alacaq. 2009 - cu il yanvar ayından sonra isə, qiymətlər bazar prinsipləri əsasında müəyyənləşəcək. Özbək qazının qiymətinin qaldırılması məsələsi dekabrda müzakirə olunacaq. "Sözsüz ki, Özbəkistan və Türkmənistan tərəfindən qazın qiymətinin qaldırılması Ukraynaya satılan qazın qiymətinin artmasına gətirib çıxaracaq" - analitik bildirib. Onun sözlərinə görə, qiymət artımı Ukrayna iqtisadiyyatının energetika, kimya sənayesi, metallurgiya və başqa qaz istehlak edən sahələrinə mənfi təsir göstərəcək. Bu səbəbdən, qaz üçün əlavə xərclərin kompensasiyasına görə Ukrayna "Qazprom" üçün tarifləri artıra bilər. Analitikin rəyinə görə, Ukrayna özü üçün sərfəli qiymətə nail ola bilməyəcək. " Praktiki olaraq, Ukraynanın Rusiya və Mərkəzi Asiya qazına alternativi yoxdur və o, qiymət artımı ilə razılaşmalı olacaq" - analitik məlumat verib. "Ukrayna üçün qazın qiymət artımı 30 - 40 faiz təşkil edə bilər" - Xayrulin əlavə edib. Türkmənistanın qaz ehtiyatları 2.1 triliyon kubmetr həcmində qiymətləndirilir. Hazırda Özbəkistanda ildə 60 mlrd. kubmetr qaz hasil olunur.

Xəbər lenti

Xəbər lenti