...

Xəzər Dəniz Neft Donanması ehtiyat hissələrinin alınması üçün tender elan edib

Energetika Materials 5 Dekabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Xəzər Dəniz Neft Donanması "Qurban Abbasov" gəmisinin təmiri üçün ehtiyat hissələrinin alınmasına açıq tender elan edib. Tenderdə iştirak haqqı 236 dollar təşkil edir. Namizədlər səndələrini (namizəd haqqında tam məlumat, namizədin son il üçün maliyyə vəziyyəti haqqında arayış, namizədin razılaşmanı yerinə yetirmək üçün potensial imkanları, vergi və digər borclarının olmaması barədə arayış) 2008-ci il yanvarın 14-dək təqdim etməlidirlər. Tender proseduru 2008-ci il yanvarın 23 - də saat 11.00 da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti