...

Yanvar-noyabr aylarında elektrik enerjisi hasilatı üçün Azərbaycanda üç milyard kubmetr qaz sərf olunub

Energetika Materials 7 Dekabr 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir V.Şərifov/ Noyabrda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) elektrik enerjisi istehsalı üçün "Azərenerji" Səhmdar Cəmiyyətinə 335,88 mln. kubmetr qaz ötürüb. Bu barədə cümə günü ARDNŞ-dan məlumat verilib. Yanvar-noyabrda bu göstərici 1,71 mlrd. kubmetr qaz təşkil edib.

Aprel ayından Azərbaycanda dövlət idarələri arasında qaz əməliyyatları üzrə qarşılıqlı əvəzləmə sxemi dəyişdirilib. Artıq ARDNŞ öz qazını "Azərenerji" SC-yə birbaşa ötürür. Əvvəllər ARDNŞ bu əməliyyatı "Azəriqaz" vasitəsilə həyata keçirirdi.

ARDNŞ "Azərenrji" üçün yanacaq istehsal edən "Azəriqaz" SC-yə qazın min kubmertrini 42 manata satırdı.

"Azəriqaz"dan "Azərenerji"yə qaz tədarükü aşağı ödənişlə həyata keçirilirdi ki, bu da öz növbəsində əldə olunan yanacağa görə ARDNŞ qarşısında borcun yaranmasına gətirib çıxarır. Hal-hazırda "Azəriqaz" yalnız elektrik stansiyalarına qaz nəql edir.

Ümumilikdə yanvar-noyabr ayları ərzində "Azərenerji" elektrik enerjisi istehsalı üçün 2,87 mlrd. kubmetr qaz əldə edib. Bu həcmin 1,71 mlrd. kubmetri ARDNŞ-in, 1,15 mlrd. kubmetr isə "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan sərbəst qazın payına düşüb.

Xəbər lenti

Xəbər lenti