...

Azərbaycan Türkiyədə qlobal enerji təhlükəsizliyini müzakirə edir

Energetika Materials 7 Dekabr 2007 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Energetika Xartiyasının iştirakçı dövlətlərinin sənaye və energetika nazirləri illik iclasda qlobal energetika təhlükəsizliyi, neft və qazdan əldə olunan gəlirin səmərəli və şəffaf şəkildə istifadə olunması məsələlərini müzakirə edirlər.

Sənaye və Energetika Nazirliyinin cümə günü yayılan məlumatında bildirilir ki, sammit İstanbulda (Türkiyə) keçirilir. Azərbaycanı sammitdə sənaye və energetika naziri Natiq Əliyev təmsil edir.

Energetika Xartiyası 1991-ci il dekabrın 17-də Haaqada Avropa İttifaqının sammitində imzalanıb. Azərbaycan Xartiyaya 1997-ci il dekabrın 23-də qoşulub.

Xəbər lenti

Xəbər lenti