...

Koalisiya Azərbaycanda EİTİ üzrə memoranduma dəyişikliklər edilməsi üçün Hökumət Komissiyasına müraciət edib

Energetika Materials 19 Dekabr 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Ü.İsmayılova/ Azərbaycanda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası EİTİ üzrə qarşılıqlı anlaşma haqqında memoranduma əlavə və dəyişikliklərin edilməsi üçün Hökumət Komissiyasına müraciət edib. Bu barədə Koalisiyanın çərşənbə günü yaydığı məlumatda bildirilib. Məlumatda bildirilir ki, dəyişikliklər, əsasən, mədən sənayesində şəffaflığın artırılması və cəmiyyəti milli təbii resurslar haqqında məlumatlandırmaq məqsədi daşıyır. Koalisiya hesab edir ki, mədən hasilatı ilə məşğul olan şirkətlər təbii ehtiyatların işlənməsinin nəticələri və bəzi ödəmələri haqqında Memorandum tərəflərinə məlumat təqdim etməlidirlər. Həmçinin, imzalanmış müqaviləyə uyğun olaraq, audit şirkəti 30 təqvim günü ərzində hökumətin və xarici və yerli şirkətlərin hesabatlarını təhlil etməlidir. Koalisiya təklif edir ki, auditor şirkəti Memorandum tərəflərinin bütün sullarına izahlı cavab verməli, məlumat isə, Dövlət Neft Fondunun veb-səhifəsində yerləşdirilməlidir. Koalisiya Memorandum tərəflərinin görüşünün təşkil edilməsi üçün Dövlət Neft Fonduna müraciət edib.

Xəbər lenti

Xəbər lenti