...

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə iri neft emalı müəssisələri yaradacaq -ARDNŞ –nin prezidenti

Energetika Materials 12 Yanvar 2008 15:05 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə iri neft emalı müəssisələri yaradacaq -ARDNŞ –nin prezidenti

Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə illik emal gücü 20-30 mln. ton olan emal müəssisələri yaratmaq niyyətindədir. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin Azərbaycanın 2007-ci ildə sosial-iqtisadi inkişafının nəticələri və 2008-ci ilin planlarına həsr olunan iclasında bildirib.

ARDNŞ-nin proqramına Türkiyənin Ceyhan limanında neft emalı zavodunun və Türkiyə neft-kimya kompleksi Petkim-in ikinci emal zavodunun tikintisi daxildir.

ARDNŞ, Türkiyənin Turcas və Səudiyyə Ərəbistanının İnjaz Projects-in daxil olduğu Şirkətlər Konsorsiumu 2.04 mlrd.. dollara Petkim-in səhmlərinin 51%-ni əldə edib.

SOCAR/Turcas/İnjaz-ın investisiya proqnozlarına əsasən, Petkim-in istehsal gücünün müasirləşdirilməsi bu müəssisənin Türkiyə bazarındakı payını hazırki 27%-dən 40-dək artıracaq. Bir-iki il ərzində Alyansın investisiyaları 50-60 mln. dollar təşkil edə bilər.

Hazırda Türkiyə lazımi kimya məhsullarının 70-75%-ni idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkim-in inkişafına investisiyaları məhsul idxalını 30%-dək azaltmağa imkan verəcək. Türkiyə bazarında kimya məhsullarına olan təlabatın artımı ildə 12% təşkil edir.

SOCAR/Turcas/Injaz Türkiyədə, Petkim-in istehsal güclərinin yaxınlığına kimya müəssisələrini xammalla təchiz etmək üçün NEZ tikmək niyyətindədir. NEZ-in güman edilən emal gücü ildə 6 mln. ton neft olacaq.

Petkim Petrokimya Holding plastik qablaşdırma, parça, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulun yeganə istehsalçısıdır. Şirkət istehsal etdiyi məhsulların dörddə birini ixrac edir. Şirkətin kapitallaşması 1.6 mlrd. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti