...

"Nabukko" qaz konsorsiumu iştirakçılarının sayı altıya qədər artıb

Energetika Materials 6 Fevral 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir A.Bədəlova/ Almaniyanın RWE şirkəti "Nabukko" qaz kəmərinin tikinti layihəsi konsorsiumunun 6-cı iştirakçısı qismində qəbul olunub. Rəsmi qəbul olma mərasimi Vyanada baş tutub.

Konsorsiumun ilk iştirakçıları Avstriyanın OMV, Macarıstanın "Mol" və üç dövlət şirkəti - Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz" və Türkiyənin "Botas" şirkətləri olub. Hazırda hər bir iştirakçı bərabər paya - 16,67 faiz paya malikdir.

"Biz şadıq ki, "Nabukko" konsorsiumu bizi altıncı tərəfdaş qismində qəbul edib. Biz inanırıq ki, qaz kəməri Avropaya qaz tədarükü təhlükəsizliyini artıracaq" - deyə RWE-nin qaz əməliyyatları üzrə baş direktoru Stefan Cudiş vurğulayıb. Bu barədə RWE-nin rəsmi saytında yayılan məlumatda bildirilir.

Nəql etmə gücü ildə 31 mlrd. kub metr və uzunluğu 3,300 km olan "Nabukko" boru kəməri Türkiyədən keçməklə Bolqarıstan, Rumıniya və Maracarıstan vasitəsilə Vyanada yerləşən Baumqartenə gedəcək. Başlanğıc nəql gücü ildə təxminən 8 mlrd. kub metr olacaq boru kəməri 2012-ci ilə qədər tikiləcək. İlk nəql 2013-cü ildə başlanacaq. Layihənin ümumi dəyəri 7,4 mlrd. dollardır.

"Nabukko" qaz kəməri ilə Azərbaycandan və Mərkəzi Asiyadan qaz Avropa İttifaqı ölkələrinə tədarük olunacaq. Qaz Mərkəzi Asiyadan "Nabukko"ya Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan Transxəzər qaz kəməri vasitəsilə tədarük oluna bilər. Transxəzər qəz kəməri qaz ehtiyatının 6 trln. kubmetr olduğu güman olunan Azərbaycana qədər, Xəzər dənizi sahilindən isə Qazaxıstan və ya Türkmənistana çəkilə bilər. Orta Asiya qazı "Nabukko" qaz kəmərinə daxil olana qədər hazırda fəaliyyət göstərən Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzrum) qaz kəməri vasitəsilə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti