...

Azərbaycan və Rusiya elektrik enerjisi mübadiləsi üzrə vahid dəyər tətbiq etmək niyyətindədir –"Azərenerji" rəhbəri (video)

Energetika Materials 15 Fevral 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Əliyev/ Rusiyanın "İnter RAO EGS" şirkəti "Azərenerji" SC-nə Rusiya ilə Azərbaycan arasında elektrik enerjisinin alqı-satqısı üzrə tarifləri bərabərləşdirməyi təklif edib. Bu barədə cümə günü "Azərenerji" SC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

"Bu, belə desək, "Güzgü" prinsipidir. Rusiya tərəfi 1 kVt/saat elektrik enerjisi üzrə vahid qiymət - 4,3 Amerika sentinin tətbiq edilməsini təklif edib. Məsələnin həlli üçün mövcud müqaviləyə əlavə olunmalıdır" - deyə Pirverdiyev bildirib.

Hazırda Azərbaycanda elektrik enerjisi istehsalının həcmi təlabatı tam təmin edir. Pirverdiyev bildirib ki, 2007-ci ildə Rusiyadan alınan elektrik enerjisinin həcmi 2006-cı ilə nisbətdə 70 faiz azalıb. Bu gün Azərbaycan Rusiyaya ötürdüyü qədər elektrik enerjisi əldə edir.

Rusiya ilə Azərbaycan arasında enerji mübadiləsi müsbət amildir. Elektrik enerjisi axını Rusiyanın cənub regionu (Dağıstan, Şimali Qafqaz) və Azərbaycanın şimal rayonları elektrik sistemlərinin etibarlılığını və stabilliyini artırır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: seymur

Xəbər lenti

Xəbər lenti