...

"Tengizşevroyl" EITI təşəbbüsünə qoşulacaq

Energetika Materials 29 Fevral 2008 19:10 (UTC +04:00)

Qazaxıstan, Astana 29 fevral / Trend , müxbir K.Konırova/ Hazırda hasilat sahəsində şəffaflığın yaradılması haqqında Memoranduma Qazaxıstanda 98 şirkət qoşulub, bu şirkətlərin 55-i neft-qaz sektorunda, 43-ü isə, mədən hasilatı sahəsində fəaliyyət göstərir, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev Astanada keçirilən "Qazaxıstanın hasilat sahələrində şəffaflıq təşəbbüsü" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yaxın zamanda təşəbbüsə "Tengizşevroyl" da qoşulacaq.

" "Tengizşevroyl"un Memoranduma qoşulması yaxın günlərdə baş verməlidir, belə ki, bunun üçün lazım olan bütün formal işlər artıq başa çatıb. Bununla bağlı, Qazaxıstan hökumətinin müvafiq məktubu hazırlanıb və məktubun mətni hər iki tərəf arasında razılaşdırılıb" - deyə nazir bildirib.

EITI 2002-ci ilin sentyabrında o zaman Böyük Britaniyanın Baş naziri olmuş Toni Bleyer tərəfindən bəyan olunub. Məqsəd hasilatla məşğul olan olan şirkətlərin ödəmələri, eləcə də təbii ehtiyatlarla zəngin ölkə hakimiyyəti tərəfindən əldə edilən gəlirlər barədə informasiyaların şəffaflığına nail olmaqdır. 2005-ci ilin iyun ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan tərəfindən bu təşəbbüsün dəstəklənməsi barədə bildirib.

"Tengizşevroyl" sutkada təxminən 300 min barel neft istehsal edir. "Tengizşevroyl"un iştirakçıları - "ChevronTexaco Overseas" (50 faiz), "ExxonMobil Kazakhstan Ventures Inc" (25 faiz), "KazMunayQaz" (20 faiz), həmçinin, Rusiya-Amerika birgə müəssisəsi olan "LUKArco" (5 faiz) şirkətidir.

Xəbər lenti

Xəbər lenti