...

Azərbaycandan ABŞ-a neft məhsullarının ixracatı altı dəfə artırılıb

Energetika Materials 5 Mart 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend / Azərbaycandan ABŞ-a 2006-cı ildəki 347 min barelə qarşı 2007-ci ildə 2,2 mln. barel neft ixrac olunub. Bu haqda ABŞ-ın Energetika Nazirliyinin tərkibinə daxil olan Energetika İnformasiya İdarəsinin məlumatında bildirilib.

2007-ci ilin dekabr ayında neft məhsullarının ixracı 143 min barel, noyabrda 409 min barel, oktyabrda171 min barel, sentyabrda 524 min barel, avqustda 288 min barel, iyulda 614 min barel və martda17 min barel təşkil edib.

2006-cı ildə ABŞ 347 min barel Azərbaycan nefti alıb ki, bu göstərici 2005-ci ildə 563 min barel olub. 2004 cü ildə isə bu göstərici 484 min barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti