...

Azərbaycanın dəniz strukturunda qaz ehtiyatları 300 mlrd. kubmetr təşkil edə bilər – ARDNŞ prezidenti

Energetika Materials 14 Mart 2008 15:24 (UTC +04:00)
Azərbaycanın dəniz strukturunda qaz ehtiyatları 300 mlrd. kubmetr təşkil edə bilər – ARDNŞ prezidenti

Azərbaycan, Bakı, 14 mart/ Trend , müxbir S.Əliyev/ "Ümid" dəniz strukturunda qaz ehtiyatlarının ümumi həcmi 200-300 mlrd. kubmetr qiymətləndirilir. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

ARDNŞ prezidenti bu strukturda yeni platformanın tikintisinin sentyabrda başa çatacağını bildirib. Dekabrda platformadan birinci axtarış quyusunun qazılmasına başlanılacaq. O, səmərəli layın yeddinci qatında 6500 metr dərinliyə qazılacaq. Əgər ehtiyatlar aşkar edilsə, "Ümid-1" platformasından sonrakı qaz hasilatı üçün daha altı quyu qazmaq nəzərdə tutulur.

Azərbaycanın Dövlət Neft Şirkəti, artıq "Umid-1" yeni ikibloklu dərinsulu platformanın tikintisinə başlayıb. Tikinti "Heydər Əliyev adına" Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək. Platformanın qurulacağı yerdə suyun dərinliyi 60 metr təşkil edəcək.

Ekspertlərin qiymətləndirmələrinə görə, bu strukturda əsas problem ultrayüksək buxar və lay təzyiqinin (1000 atmosferdən çox) olmasıdır və bu, qazma işləri zamanı əhəmiyyətli çətinliklər yaradır. Sovet dönəmində bu strukturda 11 quyu qazılıb. Onlardan yalnız ikisi güman edilən səmərəli qata çatıb. Lakin səmərəli layın sınağı zamanı (karbohidrogenlərin quyuya axınının stimulyasiya edilməsinə cəhd) qəzalar baş verib. "Ümid-4" quyusunda müsbət karotaj xüsusiyyətlər müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti