...

ABŞ-ın böyüklüyünə görə üçüncü bankı neftə olan dünya qiymətləri üzrə proqnozlarını artırıb

Energetika Materials 18 Mart 2008 14:24 (UTC +04:00)
ABŞ-ın böyüklüyünə görə üçüncü bankı neftə olan dünya qiymətləri üzrə proqnozlarını artırıb

Azərbaycan, Bakı, 18 mart/ Trend , müxbir A.Bədəlova/ ABŞ-ın böyüklüyünə görə üçüncü bankı "JP Morgan" 2008-ci ildə neftin orta dünya qiymətləri üzrə öz proqnozlarını təqribən 17,5 faiz artırıb. 2008-ci ildə Amerikanın WTI markalı neftinin orta qiyməti əvvəllər proqnozlaşdırılan $76,50/barelə qarşı $90,50/barel, Şimal dənizin etalon xammalı Brent Dated bu il orta hesabla əvvəllər proqnozlaşdırılan $76/barelə qarşı $88,50/barelə satılacaq.

"JP Morgan"ın baş ofisindən çərşənbə axşamı Trend a verilən məlumata görə, bankın proqnozları üzrə 2009-cu ildə WTI markalı neftin orta qiyməti 2008-ci illə müqayisədə $10,50/barel azalaraq $80/barelə düşəcək.

"Bizim proqnozlarımıza görə, 2009-cu ildə Brent Dated markalı neftin orta qiyməti $78/barel təşkil edəcək" - "JP Morgan"dan bildiriblər.

Ötən həftə fasiləsiz artımdan sonra martın 17-nə olan hərracın nəticələrinə görə, neftin qiymətləri rekord səviyyədə azalıb. Brent neftinin qiyməti $4,45 azalaraq $101,75/barelədək düşüb. Light Sweet fyuçersi ilə sövdələşmə üzrə qiymət 4,1 faiz azalaraq $105,68/barelədək düşüb.

Qiymətlərin bu şəkildə qəflətən düşməsi "JP Morgan Chase" bankının presedentsiz dərəcədə aşağı qiymətə öz rəqibi, böhranla bağlı subprime-ı itirdiyi üçün kəskin likvidlik yaşayan "Bear Stearns Cos" investisiya şirkətini alması haqqında xəbərə reaksiya olub.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti