...

ARDNŞ və xarici şirkət yeni PSA-nın bağlanması üzrə əsas kommersiya şərtlərini razılaşdırıb

Energetika Materials 31 Mart 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Fransanın "Total" şirkəti perspektivli "Abşeron" dəniz blokunun birgə işlənməsi üzrə əsas kommersiya prinsipləri barədə razılığa gəlib. Bu blokun öyrənilməsi xarici şirkətlər tərəfindən burada kifayət qədər karbohidratın aşkar olunmaması səbəbindən bir neçə il bundan öncə dayandırılıb.

"Biz "Total" ilə "Abşeron"nun işlənməsi üçün PSA tipli müqavilə bağlamaq niyyətindəyik. Bunun əsasında əvvəllər də, bu strukturda iş aparılıb, lakin bu dəfə gələcək sazişin qaz təmayülü nəzərə alınacaq" -deyə ARDNŞ-dan bildiriblər.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, "Abşeron" strukturunda ehtimal edilən qaz aşkar edilən zaman şirkət "Şah Dəniz" yatağı üzrə xarici şirkətlərlə birgə iş aparılan dövrdə əldə etdyi təcrübədən istifadə edəcək. Buradan əldə olunan yanacaq hazırda Cənubi-Qafqaz qaz kəməri ilə ixrac olunur.

" "Total" şirkəti "Abşeron" layihəsi ilə yaxşı tanışdı. Belə ki, o, layihə bağlanana qədər onun iştirakçısı olub. "Total" layihənin texniki mahiyyəti ilə bütünlüklə tanışdı və yeni kəşfiyyat quyusunun harada qoyulacağını təxminən bilir" - deyə ARDNŞ nümayəndəsi bildirib.

Əvvəllər "Abşeron" blokunda operatoru Amerikanın "ChevronTexaco" şirkəti olan şirkətlər konsorsiumu iş aparıb. Bu müqavilədə "Total" da iştirak edib. Lakin quyuların qazılmasından sonra yataqlarda aşkar olunan ehtiyyatlar kommersiya baxımından səmərəli hesab olunmayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti