...

ARDNŞ İrana 30 milyon kubmetr qaz tədarük edib

Energetika Materials 5 Aprel 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yanvar-fevral aylarında İrana 30 mln. kubmetr şəxsi təbii qaz tədarük edib. Bu barədə ARDNŞ-dan məlumat verilib. "Azəriqaz" QSC-nin boru kəmərləri üzrə həyata keçirilən qaz tədarükünə bu ilin fevral ayında start verilib.

Qaz İrana 11 kubmetri 300 dollara tədarük olunur. Müqavilə 30 mln. kubmetr qazın tədarükü üzrə imzalanıb, lakin artırıla bilər.

Azərbaycan və İranı ümumilikdə 1474,5 km, Azərbaycan ərazisində isə 296,5 km uzunluğunda olan Qazi-Məhəmməd-Astara-Bind-Biand qaz kəməri birləşdirir. Onun nəql gücü ildə 10 mlrd. kubmetr təşkil edir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Boru kəməri boyunca Qazi-Məhəmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyat sistemi 55 atmosfer təzyiqi üçün nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 mm-dir.

Xəbər lenti

Xəbər lenti