...

"Şahdəniz" qaz-kondensat yatağında beşinci quyunun qazma işləri mayda başa çatdırılacaq

Energetika Materials 11 Aprel 2008 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir S.Əliyev/ "Şahdəniz" qaz- kondensat yatağında quraşdırılan TPG-500 (beşinci istismar) platformasından ilk quyunun qazma işlərinin mayın sonunadək başa çatdırılması planlaşdırılır. Bu barədə cümə günü hökumətdən məlumat verilib. Quyunun istismara verilməsindən sonra yataqda hasilat sutkada 26-27 mln. kub metr qaza çatacaq ki, hazırda bu göstərici 21-22 mln. kub metr təşkil edir.

Hazırda "Şahdəniz" yatağında qaz dörd quyudan hasil edilir. Türkiyə bu həcmdən sutkada təxminən 13-14 mln. kub metr, Azərbaycan sutkada 7 mln. kub metrdən artıq, Gürcüstan isə, 1 mln. kub metr qaz əldə edir.

"Şahdəniz" dəniz yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları 25,5 faizlə BP (operator), 25,5 faizlə "Statoil Hydro", 10 faiz ilə "NICO", 10 faizlə "Total", 10 faizlə "LukAgip", 9 faizlə "TPAO" və 10 faiz iştirak payı ilə Azərbaycan Dövlət Neft Şirkətidir.

Bu yataqdan qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanıb. Hazırda Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da qaz alıcıları sırasındadır.

Yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində, hər il 8,8 mlrd. kub metr qaz hasil edilməsi nəzərdə tutulub. Hasil olunacaq Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. 2012-ci ildən sonra reallaşdırılmağa başlayacaq ikinci mərhələ çərçivəsində, həsilat 20 mlrd. kub metrədək artırılacaq. Bu mərhələ çərçivəsində qazın Avropa ölkələrinə ixrac olunması nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti