...

Rusiyanın İNTEQRA şirkəti Azərbaycanda neft avadanlıqlarının istehsalı üzrə imkanları nəzərdən keçirir

Energetika Materials 21 Aprel 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend / Rusiyanın İNTEQRA neft servis şirkətlər qrupu ölkə daxilində istehsalatın təşkil edilməsi üçün neft avadanlıqları buraxan Azərbaycanın maşınqayırma müəssisələri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Şirkətin idarə heyəti sədrinin birinci müavini Mark Sadıqov Bakıda bildirib ki, şirkət nümayəndələri respublikadakı bir neçə zavodda istehsal ilə tanış olublar.

İNTEQRA Azərbaycanda iştirakını genişləndirmək niyyətindədir. Şirkət praktiki olaraq neftservis xidmətlərinin bütün istiqamətlərini əhatə edir. Bu xüsusi ilə qazma işləri ("İnteqra" 42 qazma dəzgahına malikdir), quyuların əsaslı təmiri (quyuların əsaslı təmiri üçün 130 qurğu), seysmokəşfiyyat və geofizika (42 geoloji qrup), texnologiya servisləri və layihələrin interaktiv idarə olunması sahələrinə aiddir. Şirkət həmçinin neft-qaz avadanlığı və alətlərinin istehsalını həyata keçirir. Bu gün şirkətlər qrupunun tərkibinə 40-dan çox müəssisə daxildir.

Azərbaycanda İNTEQRA müqavilələri çərçivəsində işlər bazarın BP, "Gobustan operating company" və digər iri iştirakçıları ilə həyata keçirilib və hazırda keçirilməkdədir. Sadıqov bildirib ki, şəxsi xidmətlərin təqdim olunması hesabına hasilat şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

İNTEQRA dənizdə (bu gün bu işlər yalnız quruda həyata keçirlir) seysmoloji işlərin aparılması üzrə imkanları nəzərdən keçirir. Bu işlər gəmilərin alınması və ya icarəyə götürülməsi hesabına həyata keçirilə bilər.

Ötən ilin doqquz ayı ərzində şirkətin mədaxili 800 mln. dollar təşkil edib. Cari ildə xidmətlərin göstərilməsi və avadanlıqların tədarük olunması üçün sifariş portfeli ümumilikdə 1,1 mlrd. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti