Azərbaycan, Bakı, 15 may / Trend / Azərbaycanın Dövlət Neft Fondu 11, 14, 16 düymlük müdafiə boruları və müxtəlif təyinatlı borular, neft və qaz quyularında qazma işlərinin aparılması üçün çoxlu miqdarda elementlər, həmçinin, Fond tərəfindən xarici şirkətlərlə məhsulların pay bölgüsü üzrə müqavilələrdə iştirak edən şirkətlərdən alınan müxtəlif ölçülü ehtiyat hissələri və kabellərin satışı barədə elan verib.
İddiaçılar bu məsələ ilə əlaqədar, 2008-ci il mayın 23-dən gec olmamaq şərti ilə, Azərbaycan Dövlət Neft Şirkətinə müraciət edə bilərlər.