Azərbaycan, Bakı, 22 may / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin mayın 21-də qiyməti 1 barel üçün 131,61 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü1 barel neftin qiyməti çərşənbə axşamına nisbətdə 3,89 dollar artıb.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.
ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın mayın 21-də qiyməti 1 barel üçün 129,13 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 3,89 dollar çoxdur.
Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
Mayın 21-də URALS neftinin qiyməti 1 barel üçün 121,12 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 3,73 dollar artıqdır.
Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin mayın 21-də qiyməti 1 barel üçün 127,61 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 3,73 dollar çoxdur.