...

Azərbaycan Dövlət Neft Şirkəti sahilyanı zonanın geniş təmizlənməsini həyata keçirir

Energetika Materials 23 May 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend /Azərbaycan Dövlət Neft Şirkətinin "Bibiheybət" neft-qaz hasilatı idarəsinə məxsus sahədə Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dənizin dibi və üzərindən 4500 ton metal və 412 ton ağac tullantıları yığılıb. Bu haqda cümə günü ARDNŞ-dan verilən məlumatda bildirilib.

Prosesin reallaşdırılmasında müasir texnika və avadanlıqdan istifadə olunub.

NQHİ-nin balansından 22 özül və 229 quyu ləğv edilib. 162 quyu özüldə, 19 - estakadalarda və 48 - başqa quyularda yerləşir. Ləğv edilmiş quyulara aid qalıqlar 5,66 kvadrat metr sahəni əhatə edir. Sahilyanı sahənin təmizlənməsi üçün üç qüllə, dörd qurğu, elektrik enerjisinin ötürülməsi üçün 60 dirək, 70 paya, 650 ağac payası gətirilib.

Bu tədbirlər Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə 2006-2010-cu il kompleks tədbirlər planı çərçivəsində həyata keçirilir.

İşlər Azərbaycan Xəzər Dəniz Neft Donanması və Təhlikəsizlik, Sərmayə və kapital yatırımı idarələrinin yardımı ilə "SOCAR-ASM" MMC tərəfindən görülüb. "Caspian Marine Construction Ltd" şirkəti podratçı qismində cəlb olunub.

Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını təmin etmək üçün 2007-ci il fevralın 5-də "SOCAR-ASM" MMC yaradılıb. MMC-nin əsas funksiyası - quruda və dənizdə istifadə olunmayan metal qurğuların, həmçinin batmış və yarımbatmış gəmilərin və istifadədən çıxmış boru kəmərlərinin demontajı, sahə təmizləndikdən sonra tullantıların ləğvi ilə bağlı işlərin aparılmasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti