...

Azərbaycanın "İnam" yatağında karbohidrogen ehtiyatları daha dərində yerləşə bilər – ekspertlər

Energetika Materials 23 May 2008 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may/ Trend / Azərbaycanın bir sıra ekspertlərinin qiymətləndirmələrinə əsasən, BP şirkətinin bir müddət əvvəl kəşfiyyat xarakterli qazma işləri apardığı perspektivli "İnam" strukturunda karbohidrogen ehtiyatları ola bilər. "Ehtiyatlar kəşfiyyat quyusunun qazıldığı səviyyədən dərində yerləşə bilər", - ekspertlər hesab edirlər.

Azərbaycan neft sənayesi eskpertinin sözlərinə görə, bəzi mütəxəssislər "İnam" strukturunda karbohidrogen ehtiyatlarının mümkün yerləşdiyi optimal dərinlik haqqında vahid rəyə gələ bilmirlər.

Xəzərin Azərbaycan sektorundakı "İnam" dəniz strukturunda kəşfiyyat xarakterli qazma işləri kommersiya məqsədli karbohidrogen ehtiyatı aşkar etməyib. "İnam" layihəsinin operatoru olan BP şirkəti bu sahədəki ikinci kəşfiyyat quyusunu ləğv edir. Şirkət quyunun qazılması zamanı demək olar ki, 5350 m dərinliyində layihə dərinliyinə çatıb, lakin kommersiya məqsədli karobhidrogen ehtiyatları aşkar edilməyib.

Bu struktur üzrə PSA müqaviləsinin öhdəliklərinə görə, strukurda iki kəşfiyyat quyusu qazılmalıdır. 2001-ci ildə strukturda layihə dərinliyi 5025 metr olan birinci İNX-1 kəşfiyyat quyusunun qazılması aparılıb. Lakin quyuda qəza baş verib və bundan sonra quyu bağlanıb. Bu quyu öhdəliklərin yerinə yetirilməsi kimi hesablanıb. Beləliklə, şirkətin bütün kəşfiyyat öhdəlikləri yerinə yetirilib. Quyu Bakıdan 140 kilometr məsafədə yerləşən və təqribən 225 kvadrat kilometr sahəni əhatə edən müqavilə sahəsində aparılıb. Müqavilə sahəsində suyun dərinliyi şimalda 45 metrdən cənubdə 200 metrədək dəyişir. "İnam bankası"nın minimal dərinliyi dörd metrdir.

"İnam" layihəsinin iştirakçıları ARDNŞ (50 faiz), BP (layihənin operatoru, 25 faiz), Koreya milli neft şirkəti (20 faiz) və Shell şirkətidir (5 faiz).

Xəbər lenti

Xəbər lenti