Azərbaycan, Bakı, 24 may / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi (MİƏİ) yanvar-apreldə 2 mln. 650min ton neft və 720,5 min ton neft məhsulları ixrac edib. Bu haqda Dövlət Gömrük Komitəsindən bildirilib.
Azərbaycan Dövlət Neft Şirkəti şəxsi hesabına 50-dən çox yataqdan neft hasil edir. Neft məhsulları illik ümumi emal gücü 20 mln. tondan artıq olan iki Bakı NEZ- nin bazasında istehsal olunur. ARDNŞ nefti Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Novorossiysk boru kəməri vasitəsilə satır.
Gömrük Komitəsindən verilən məlumata əsasən, QKSSS şirkəti Azərbaycandan yanvar-apreldə 37 min ton, "Azneftyağ" neft emalı zavodu - 30 min ton neft məhsulu ixrac edib.