Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir A.Bədəlova/ Avstriyanın "OMV" şirkətinin regional meneceri Volfqanq Sporrer (Volfqanq Sporrer) hesab edir ki, dünya bazarlarında enerji daşıyıcılarına qiymətlərin artması Avropaya Xəzər və Mərkəzi Asiyadan qaz ixracı üçün nəzərdə tutulmuş "Nabukko" boru kəməri layihəsinin rəqabət qabiliyyətini daha da artıracaq. "OMV" "Nabukko" layihəsinin operatorudur.
"Dünyada enerji daşıyıcılarına olan qiymətlərin artması ilə qazın "Nabukko" vasitəsilə nəql olunmasında da qiymətlər artacaq, bu da layihənin rəqabət qabiliyyətini yüksəldəcək", - deyə Sporrer Bakıda cümə axşamı Trend -a bildirib.
Onun sözlərinə görə, bu il "Nabukko" boru kəməri şirkəti qaz satışı üzrə potensial bazarların marketinqi ilə məşğul olacaq. Aİ-də qaza olan tələbatı, boru kəməri ilə yanacağın nəqli tariflərini müəyyən etmək nəzərdə tutulur.
"Biz [qaz kəmərinin doldurulması üçün] bir vəsait mənbəsindən istifadə edirik. Biz enerji tədarüklərinin diversifikasiyasını ehtimal edirik", - deyə Sporrer bildirib.
Onun sözlərinə görə, qaz kəmərinin keçəcəyi Avropa ölkələrinin müvafiq tənzimləyən orqanlarından boruların çəkilməsi üçün icazənin alınması növbəti addım olacaq.
2008-ci ildə "Nabukko" boru kəməri şirkəti "EBRR" və Dünya Bankının iştirakı ilə qaz kəmərinin tikintisi zamanı ətraf mühitə təsirin dəyərləndirilməsini həyata keçirəcək.
Onun sözlərinə görə, "Nabukko" ildə 8 milyardan 10 mlrd. kub metrədək qaz gücündə fəaliyyətə başlayacaq. Boru kəməri ilə ilk tədarük 2013-cü ilə planlaşdırılıb.