...

Azərbaycanda yeraltı qaz anbarlarına qazın vurulması davam edir

Energetika Materials 9 İyun 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir E.İsmayılov/ Hazırda Azərbaycanın yeraltı qaz anbarlarına təqribən 6 mln. kubmetr təbii qaz vurulur. Bu barədə bazar ertəsi hökumətdən məlumat veriblər. Qaz anbarlara payız-qış dövründə istifadə üçün vurulur.

Qaz anbarlarına ümimilikdə təqribən 1,2 mlrd. kubmetr qaz vurulacaq. Bu həcm 2008-2009-cu illərdə payız-qış dövründə abunəçilərin təmin olunması üçün istifadə olunacaq. Ötən dövrdə (2007-2008) qaz anbarlarına 1,024 mlrd. kubmetr qaz vurulub.

Azərbaycanda iki yeraltı qaz anbarı var - Qaradağ və Kalmaz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]  

Xəbər lenti

Xəbər lenti