...

Yanvar-mayda Azərbaycanda qaz hasilatı artıb

Energetika Materials 18 İyun 2008 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may/ Trend / 2008-ci ilin yanvar-mayında Azərbaycanda 19,9 mln. ton neft və kondensat hasil edilib ki, bu da 2007-ci ilin yanvar-mayı üzrə göstəricidən 13,4 faiz çoxdur. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Yanvar-mayda əsas neft hasilatı həcmi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb. Şirkət "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokundan 16,3 mln. ton neft hasil edib və bu 2007-ci ildən 17,1 faiz çoxdur.

Yanvar-mayda Azərbaycanda qaz hasilatı 9,8 mlrd. kubmetr təşkil edib ki, bu da 2007-ci ilin yanvar-mayından 74,7 faiz çoxdur. Hasil edilən qazın 3,5 mlrd. kubmetri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb ki, bu da ötən ildən 2,2 dəfə çoxdur.

Yanvar-mayda Azərbaycanda 9,1 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub və bu, 2007-ci ilin yanvar-mayında istehsal edilən elektrik enerjisindən 3,8 faiz azdır.

Xəbər lenti

Xəbər lenti