...

Azərbaycanda əsas istehlakçıların aviasiya kerosini ehtiyatları artb

Energetika Materials 19 İyun 2008 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend / Cari ilin iyunun 1- nə olan məlumatlara görə, əsas istehlakçıların mazut ehtiyatları 360,5 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə, bir faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindlən məlumat verilib.

İyunun 1-nə əsas istehlakçıların dizel yanacağı ehtiyatı 16,6 min ton təşkil edib ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 18,6 faiz çoxdur.

İyunun 1-nə avtomobil benzini ehtiyatı 14,5 min ton təşkil edib ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 5,8 faiz çoxdur.

Aviasiya kerosininin həcmi 7,7 min ton təşkil edib. Bu, 2007-ci ilin analoji dövr göstəricisindən 28,3 faiz çoxdur.

Cari ilin yanvar-may aylarında əsas istehlakçıların daş kömür ehtiyatları 2,7 min ton təşkil edib. Bu, 2007-ciilin analoji göstəricisindən 2,1 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti