...

Qazaxıstan Asiya və Avropaya enerji dayşıyıcıları tədarükünün həcmini genişləndirməyi planlaşdırır – səfir

Energetika Materials 4 İyul 2008 15:38 (UTC +04:00)
Qazaxıstan Asiya və Avropaya enerji dayşıyıcıları tədarükünün həcmini genişləndirməyi planlaşdırır – səfir

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir R.Novruzov/ Qazaxıstan öz neftinin Odessa-Brodı boru kəməri üzrə nəqli layihəsində iştirak edə bilər, lakin bu, adı çəkilən marşrut üzrə daşınmalar və tariflərin stabilliyindən asılı olacaq. Bu barədə cümə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.

Səfir bildirib ki, Qazaxıstan neftinin Odessa-Brodı boru kəməri üzrə nəqli Azərbaycan texnoloji neftinin bu neft kəməri ilə nəqlinin yekunlarından da asılı olacaq. Əvvəllər Azərbaycan və Ukrayna 470 min ton Azərbaycan texnoloji neftinin bu boru kəməri üzrə nəqlinə dair razılıq əldə ediblər.

Brodı-Plotsk neft kəməri hissəsinin tikinti layihəsinin realaşdırılması üçün Ukrayna, Azərbaycan, Polşa və Gürcüstanın bərabər paylı iştirakı ilə "Sarmatia" Birgə Müəssisəsi yaradılıb. Litva da bu layihədə müəyyən paya malikdir. Şirkət fəaliyyətinin əsas istiqamətləri layihə-smeta sənədləşməsinin hazırlanması, sərmayələrin cəlb edilməsi, tikinti işlərinin təmin edilməsindən ibarədir.

Xəbər lenti

Xəbər lenti