Azərbaycan, Bakı, 07 iyul / Trend / Cari ilin yanvar-iyun aylarında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (Keçmiş "Azneftyanacaq") təqribən 85,9 min ton butan-butilen fraksiyası istehsal olunub. Bu göstərici ötən ilin analoji dövründə 75,7 min tona bərabər olub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.
Ötən il ümumilikdə 145 min ton butan-butilen fraksiyası istehsal olunub. 2006 -cı ildə onun istehsal həcmi 148,22 min ton təşkil edib. 2005-ci ildə isə, bu göstərici 129,62 min tona bərabər olub.
Cari ilin yanvar-iyun aylarında bu müəssisədə 2007 və 2006-cı illərdə olduğu kimi propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen istehsalı həcmi 3,02 min ton təşkil edib.